"Ermənistan özü sazişdən çıxaraq Rusiyanı bu imkanlardan məhrum etdi" - Akopyan

 14:48 16.10.2023     283

2020-ci ildə baş verən hərbi əməliyyatlardan sonra Ermənistan hakimiyyəti addım-addım elə vəziyyət yaratdı ki, Rusiya proseslərdən kənarda qaldı. 

Redaktor.az verelq.am-a istinadən xəbər verir ki, bunu keçmiş erməni diplomatı Vardan Akopyan deyib.

"Rusiya Qarabağ məsələsində mümkün hər şeyi etdi. Üçtərəfli saziş var. Ancaq Ermənistan Qarabağı Azərbaycanın bölünməz hissəsi kimi tanıyaraq, faktiki olaraq bu sazişlərdən çıxdı. Ona görə, Rusiya ilkin vəziyyətdə edə biləcəyini etmək imkanından məhrum qaldı". 

Bununla belə diplomat müəyyən mərhələdə Qarabağ ermənilərinin yenidən ora qayıtmasını təmin etməyin mümkünlüyünü də  deyib: "Rusiya bu məsələyə ciddi yanaşır. Çoxları bunu rusların regionda mövcudluğunu təmin etmək kimi qiymətləndirir. Lakin bu ssenari Rusiyanı regiondan sıxışdırmaq istəyən Ermənistan üçün də sərfəli variantdır".

O, Ermənistanın anti-Rusiya mövqeyinin yavaş-yavaş ölkə siyasətinə çevrildiyini bildirib.

NƏRGİZ