Ermənistan o əraziləri də qaytaracaq, başqa şansı yoxdur - Üzeyir Cəfərov

 17:18 16.10.2023     568

"Ermənistan anklavları geri qaytaracaq".

Bu sözləri Redaktor.az-a açıqlamasında hərbi ekspert, polkovnik Üzeyir Cəfərov anklavlardan danışarkən deyib.

Onun sözlərinə görə, onların başqa variantı yoxdur:

"Ona görə də nə olur olsun, onlar o əraziləri qaytaracaq. Şərtləri Azərbaycan diktə edir. Ermənistanın bu məsələdə hər hansı bir şansı yoxdur. Düzdür, indi bəzi bəhanələr səsləndirirlər, amma o bəhanələrə baxmayaraq, Azərbaycan öz ərazisində bu gün Ermənistanın nəzarətində olan anklavları inşallah qaytaracaq".

Qeyd edək ki, Qazaxın 7, Naxçıvanın Kərki kəndi indiyədək Ermənistanın işğalı altındadır. Ermənistan Azərbaycanın 86.6 min kv. km tanıdığı ərazisinə həmin bu anklav kəndlər də daxildir. Lakin rəsmi İrəvan bu istiqamətdə hər hansı addım atmır.

Həmidə İBRAHİMLİ