Britaniyanın ən mükəmməl elektromobilini Azərbaycanla bölüşməyə şadıq - Səfir

Britaniyanın ən mükəmməl elektromobil nümuməsini Azərbaycandakı dostlarla bölüşməyə şadıq.
Redaktor.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Yeni, tam elektrik ilə çalışan “Rolls Royce Spectre” modelini Bakıda təqdim etmək möhtəşəmdir. Biz Böyük Britaniyanın dizayn, mühəndislik və istehsalının ən mükəmməl nümuməsini Azərbaycandakı dostlarımız ilə bölüşməyə şadıq”, - səfir sosial şəbəkə hesabında qeyd edib.