"Belə bir öhdəlik götürmək asan deyil" - Paşinyan

 14:59 17.10.2023     322

"Biz sülhlə bağlı ideyalarımızı heç bir şəkildə regionumuzun maraqlarına qarşı qoymuruq, çünki regionda sülhün bərqərar olması ölkəmiz üçün də sabitlik deməkdir".

Redaktor.az "Hraparak"a istinadla xəbər verir ki, bu sözləri Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı deyib.

"Sülh quruculuğuna dəstək verməyi əsas siyasi öhdəliyim hesab edirəm. Əslində, Azərbaycanla uzunmüddətli münaqişə, qurbanların, məhbusların, itkin düşmüş insanların vəziyyəti və ümidsizlik nəzərə alınmaqla, belə bir öhdəlik götürmək asan deyil".

NƏRGİZ