Bu ölkələr arasında müharibə olacaq - Politoloq

 16:15 17.10.2023     713

"Əslində İkinci Dünya Müharibəsi bitdikdən sonra soyuq müharibə gedirdi. Necə gedirdi? Açıq getmirdi. SSRİ və Amerika Vyetnamda, Koreyada, Əfqanıstanda toqquşurdu. Amma birbaşa müharibəyə girmirdilər. Soyuq müharibə bitdikdən sonra bir müddət Amerikanın bütövlükdə dünya hegemonluğu var idi. Yəni istədiyi müxtəlif bölgəyə girirdi. İstər Əfqanıstana, istər İraqa. Amma indi dünya dəyişir və dünya dəyişdikcə də yeni güclənən oyunçular meydana çıxır. Və bu oyunçular da çıxanda artıq bunların da öz maraqları ortaya gəlir".

Bu sözləri Redaktor.az-a politoloq Tural Əliyev İsrail-Fələstin müharibəsi başlayandan sonra Üçüncü Dünya müharibəsinin də olub-olmayacağını şərh edərkən deyib.

Onun sözlərinə görə, Ukrayna-Rusiya müharibəsi başlayarkən Üçüncü Dünya müharibəsinin simptomları var idi:

"Düşünürəm ki, artıq yeniləşən dünyada yeni dünya düzəni formalaşıb. Üçüncü Dünya müharibəsinin adının birbaşa keçməsini əngəlləyən bilirsiz nədir? Nüvə təhlükəsi. Çünki Üçüncü Dünya müharibəsi əgər rəsmən elan edilsə və belə bir qütbləşmə olsa, bloklar olsa, artıq bu, nüvə müharibəsidir. Burada qalib gələn də olmayacaq, məğlub da olmayacaq. Bu da bütövlükdə bütün insanlığa qənim kəiləcək və bu, bütövlükdə dövlətlərin dağılmasına gətirəcək. Çünki nəzərə alsaq ki, bir neçə ölkədə nüvə silahı var və nüvə silahları da çox dağıdıcır. Bir qitəni belə dağıda biləcək silahlar var.

Ona görə də adını Üçüncü Dünya müharibəsi qoymurlar. Amma o maraq toqquşması sadəcə olaraq hələ ki, ayrı-ayrı regionlar üzərində gedir. Bunun davamı olaraq deyirlər indi iki Koreya arasında müharibə alovlana bilər, Tayvanla Çin, Hindistanla Pakistan arasında və digər regionlarda, Afrikanın özündə belə alovlanacaq. İndi sadəcə mübarizə gedir. Əslində düşünürəm ki, İkinci Dünya müharibəsindən sonra Üçüncü Dünya müharibəsi bu vaxta qədər həmişə gedib".

Həmidə İBRAHİMLİ