Ermənistandakı Aİ missiyası daha bir bazasını açdı

 17:55 17.10.2023     328

Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası bu gün Yeğeqnadzorda əməliyyat bazasını açıb.

Redaktor.az xəbər verir ki, bu barədə Aİ missiyasının "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

Bildirilib ki, bu Ermənistandakı Aİ missiyasının açılan sonuncu bazasıdır.

Qeyd olunub ki, Aİ missiyanın rəhbəri Markus Ritter və Yeğeqnadzor merinin müavini yeni bazanın açılışında iştirak edib.