Ukrayna səfiri Füzulidən paylaşım etdi

 19:22 17.10.2023     354

Ukraynanın Azərbaycadakı səfiri Vladislav Kanevski Füzuli şəhəri ilə bağlı paylaşım edib.

Redaktor.az xəbər verir ki, ukraynalı diplomat səfər etdiyi Füzulidən "X" hesabında paylaşım edib.

"Bu gün Füzuli doğum gününü qeyd edir. Qısa müddətdə Azərbaycan işğaldan azad edilmiş bu şəhərə həyatı geri gətirdi. İnfrastruktur, sosial obyektlər tikilir. Bu, yerli əhalinin geri qayıtmasına imkan yaradır. Ukraynanın da işğaldan azad edilmiş ərazilərinə qayıda biləcəyinə əminəm", səfir paylaşımında bildirib.