Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığına yola düşdü

 09:10 18.10.2023     458

Oktyabrın 18-də xarici işlər naziri Ceyhun Bayramov İsrail-Fələstin münaqişə zonasında baş verən son hadisələr ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin nazirlər səviyyəsində keçiriləcək növbədənkənar iclasında iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərinə səfərə yola düşüb.

Bu barədə Redaktor.az-a Xarici İşlər Nazirliyindən bildirilib.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun tədbirdə çıxışı və ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.