ABŞ-nin Çikaqo şəhərində Azərbaycan bayrağı ucaldıldı - FOTO

 23:20 18.10.2023     299

18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Çikaqo şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb.

Redaktor.az "report"a istinadən xəbər verir ki, mərasim Amerika Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) təşəbbüsü və təşkilatçılığı ilə baş tutub.

Çikaqoda yaşayan həmvətənlərimizin və yerli ictimaiyyətin nümayəndələrinin qatıldığı mərasimdə Türkiyənin Çikaqodakı baş konsulu Engin Türesin də iştirak edib.

ACMA-nın prezidenti Fərid Məmmədov bildirib ki, artıq ənənəyə çevrilmiş layihə hər il Azərbaycan üçün əlamətdar günlərdə təşkil olunur.

Qeyd edək ki, Dövlət Bayrağımız gün ərzində Çikaqo şəhərinin meriyası qarşısında - “The Daley Center”də dalğalanacaq.

2