Ermənistan ağlını başına yığsın, eyni səhvi təkrarlayarsa, yararlanan İran olacaq - Hulusi Kılıç

 16:39 19.10.2023     520

Zəngəzur dəhlizi türk dünyasında körpüdür. O dəhliz bizə aid olduğu halda 1921-ci idə Ermənistana hədiyyə edilmişdi. O dəhlizi mütləq açacağıq.

Bu sözləri Redaktor.az-a özəl açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç dedi.

Onun sözlərinə görə, bu, sadəcə türk dünyası üçün deyil, bütün qərb və şərq üçün önəmlidir.

“Bu baxımdan, Ermənistan bunu qəbul edəcəkdir. Biz də sülh razılaşmasından sonra Ermənistanla münasibətlərimizi normallaşdıracağıq. Türkiyənin Ermənistan qarşısında ilk şərti budur. İkinci şərt Zəngəzur dəhlizinin açılması məsələsidir. Ərdoğan dəfələrlə bu məsələni dilə gətirib. Düşünürəm ki, bu, Ermənistan üçün də çok faydalı olacaqdır".

Hulusi Kılıçın sözlərinə görə, Nikol Paşinyan sözünün üstündə durmazsa, alternativ yollar var:

“İran üzərindən keçirərik. Bu zaman Ermənistan önəmini itirəcək. Ermənistan daha öncəki səhvlərini təkrarlamasın. 30 il öncə Azərbaycanın torpaqlarını işğal edərək səhv etmişdi. Ona görə bu imkanlardan Gürcüstan yararlanmışdı. İndi də eyni xətanı edərsə, yararlanan İran olacaq. Ermənistan ağlını başına yığsın və bir an öncə sülh müqaviləsini imzalasın və kommunikasiyaların açılmasına şərait yaratsın”.

Aidə RAMİZQIZI