Şahramanyandan XƏBƏR VAR

 16:35 19.10.2023     227

Qarabağda ləğv olunan qondarma rejimin “prezidenti” Samvel Şahramanyan Ermənistana qaçandan sonra yenidən aktivləşib. 

Redaktor.az bu barədə verelq.am-a istinadən xəbər verir.

Bəzi erməni KİV-də və sosial şəbəkələrində sentyabrın 19-da baş verən hərbi əməliyyatlardan sonra Qarabağ sakinlərinin mənzilləri və ya əmlakının alınması, kredit və ya nağd pul verməsi barədə məlumatlar yayılıb.

Şahramanyanın yaxın vaxtlarda Qarabağdan Ermənistana qayıdan ermənilərin qarşısında çıxış edəcəyi bildirilir.

Məlumata görə, Şahramanyan erməni əhalisinə qarşı soyğunçuluğun edildiyi və onlara nağ pul, yaxud kreditin verilməsi kimi informasiyalara münasibət bildirəcək.

NƏRGİZ