Milli Məclis Azərbaycanla Türkiyə arasında yeni sazişi təsdiqləyəcək

 14:03 21.10.2023     345

Milli Məclis "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi"nin təsdiq edilməsi barədəqanun layihəsini müzakirə edib.

Redaktor.az-ın məlumatına görə, müzakirə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin oktyabrın 20-də keçirilən iclasında baş tutub.

Müzaakirələrdən sonra sənəd Milli Məclisin plenar iclasına tövsiyə edilib.