Qarabağdan gələn erməniləri BAĞIŞLAYIN - Ayrapetyan hökumətə müraciət etdi
Qarabağda qondarma qurumun deputatı olmuş Seyran Ayrapetyan Emənistan hökumətinə müraciət edib.
Redaktor.az "Hraparak"a istinadən xəbər verir ki, o, onları cərimələrdən azad etmələrini xahiş edib.
Seyran Ayrapetyan sentyabrın 25-dən oktyabrın 31-dək avtomobil idarə edərkən qeydə alınan qayda pozuntularına görə cərimələrinin bağışlanmasını istəyib. Səbəb Qarabağda qeyd olunan kateqoriyadan olan sürücülərin sürətölçən cihazı olmadan avtomobil idarə etməsi və Ermənistanda yollarla az tanış olmaları göstərilib.
NƏRGİZ