Tehranda "3+3" formatında görüş başladı
İran paytaxtı Tehranda “3+3” formatında Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə və İran xarici işlər nazirlərinin iştirakı ilə iclas başlayıb.
Redaktor.az xəbər verir ki, xarici işlər nazirləri səviyyəsində keçiriləcək iclasda Cənubi Qafqaz üzrə məsələlərin araşdırılması, regional əməkdaşlığın (siyasi, iqtisadi, təhlükəsizlik, tranzit, enerji və sairə) inkişaf etdirilməsi müzakirə olunur.