Prezident Latviya və İsveçrənin yeni səfirlərini qəbul etdi

 11:25 24.10.2023     336

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Latviyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Edqars Skuyanın etimadnaməsini qəbul edib.

Redaktor.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Prezident İlham Əliyev həmçinin İsveçrə Konfederasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tomas Ştelin etimadnaməsini qəbul edib.