"Yaxın 10 ildə heç bir müharibə olmayacaq" - Politoloqdan PROQNOZ

 16:42 24.10.2023     433

Fransa və Ermənistan Müdafiə nazirlikləri arasında əməkdaşlıq sazişləri imzalanıb.

Bu barədə Ermənistan müdafiə naziri Suren Papikyan "X" hesabında məlumat yayıb.

Maraqlıdır, Fransanın Ermənistanı silahlandırması bölgədə yeni müharibəyə səbəb ola bilərmi?

Məsələ ilə bağlı Redaktor.az-a danışan politoloq Zərdüşt Əlizadə bildirdi ki, yaxın 10 ildə heç bir müharibə olmayacaq.

"Azərbaycanın 44 günlük müharibə dövründə Ermənistana verdiyi qulaqburması, dərs kifayətdir ki, Ermənistan hərbi cəhəddən 10 il özünə gələ bilməz. Amma Fransa müstəqil dövlətdir, Ermənistan müstəqil dövlətdir. Onların hər şeyə hüququ var ki, bir-birinə silah satsınlar, hərbi sahədə əməkdaşlıq etsinlər. Biz onları qadağan edə bilmərik. Biz də öz tədbirimizi görürük, biz də axı yatmırıq. Biz baxırıq, görürük. Azərbaycan hərbi büdcəsini artırır, İsraildən silah alır",- deyə Z.Əlizadə qeyd etdi.

Həmidə İBRAHİMLİ