Sahibə Qafarova sabah Türkiyəyə gedəcək

 16:30 24.10.2023     284

Sabah-oktaybrın 25-də Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım məlumat verib.

Səfər çərçivəsində S.Qafarovanın TBMM-in sədri Numan Kurtulmuş və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulur.