"Ermənistan artıq sınmış bir dövlətdir, müharibə məsələsi birdəfəlik bitdi" - Polkovnik

 09:49 25.10.2023     521

"Yüksək müharibə ehtimalı yoxdur. Mənə elə gəlir ki, müharibə məsələsi birdəfəlik bitdi. Bu gün Ermənistan silahlı qüvvələri, Ermənistan hökuməti çox yaxşı bilir ki, Azərbaycan güclü bir dövlətdir. Azərbaycanın çox güclü silahlı qüvvələri var. Azərbaycanın çox güclü, qürurlu əsgəri var. Yəni böyük müharibə bitdi. Qaldı ki, Fransanın Ermənistanı silahla təmin edilməsi məsələsinə, bu, müdafiə xarakterli bir sistemdir. Mən məsələni belə anlayıram".

Bu sözləri Redaktor.az-a açıqlamasında ehtiyatda olan polkovnik Elşad İsayev Fransa və Ermənistan Müdafiə nazirlikləri arasında imzalanan əməkdaşlıq sazişlərindən danışarkən deyib.

Onun sözlərinə görə, Ermənistan artıq sınmış bir dövlətdir:

"Ermənistan əsgərlərini müharibədə gördük. Nə qədər fərarilik oldu. Nə qədər müharibədən, döyüş mövqelərini qoyub qaçanlar oldu. Bu gün Ermənistanda cəbhədə döyüş mövqelərini qoyub qaçanlarla bağlı ayrı-ayrı istintaq işləri gedir. Ermənistanın özünə gəlməsi üçün böyük bir vaxt lazımdır. İkincisi Azərbaycan da axı dayanmır. Azərbaycan da günü-gündən inkişaf edir. Cənab Ali Baş Komandan çıxışlarının birində də çox gözəl dedi ki, biz daim Azərbaycan Silahlı Qüvvələrini ən müasir, ən uğurlu silahlarla təmin etməyə çalışırıq. Biz də çalışırıq ki, bizim ordumuz ən müasir silahlarla təmin olunsun. Ona görə də yenə deyirəm, bu ehtimallar heç nəyə gətirə biləcək bir məsələ deyil. Sadəcə, Fransanın bugünkü vəziyyətdə hərəkətləri sülhə xidmət etmir".

Həmidə İBRAHİMLİ