"Bu ilin sonuna kimi İrəvanla Bakı arasında sülh müqaviləsi bağlana bilər" - Markedonov

 14:37 25.10.2023     277

"Bu ilin sonuna kimi İrəvanla Bakı arasında sülh müqaviləsi bağlana bilər.

Redaktor.az verelq.am-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDBMİ-nin Beynəlxalq Araşdırmalar İnstitutunun Avro-Atlantik Təhlükəsizlik Mərkəzinin aparıcı elmi işçisi Sergey Markedonov deyib.

O, Azərbaycanla Ermənistan arasında baş tutmayan görüşlərə toxunaraq bildirib ki, təkcə 2023-cü ilin oktyabr ayı ərzində İlham Əliyevlə Nikol Paşinyan arasında Avropa platformalarında və Aİ-nin vasitəçiliyi ilə aparılan danışıqlar iki dəfə uğursuzluqla nəticələnib. 

"Qranadada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Avropa İttifaqı, Almaniya və Fransa nümayəndələrinin iştirakı ilə Ermənistan-Azərbaycan arasında danışıqlar aparılmalı idi. İndi də Brüssel görüşü baş tutmadı. Belə məqamda Moskvanın təşəbbüsü ələ keçirmək şansı var. Ermənistan hakimiyyəti sülh müqaviləsi imzalamaq istəyir. İrəvan Moskva ilə münasibətlərin çətin dövrünü yaşayır. Amma Aİ alternativ və ya həll yolu da deyil. 

İlinin sonuna qədər sülh müqaviləsi bağlana bilər. Üstəlik, bu, həm Aİ, həm də Rusiyanın moderasiyası ilə mümkündür. Amma biz başa düşməliyik ki, çərçivə sənədi özlüyündə konkret “məzmun” olmadan münaqişəyə son qoymayacaq. Bir sıra vacib məsələlər - dövlət sərhədinin demarkasiyasından tutmuş anklavlara qədər məsələ bu və ya digər şəkildə həll olunmalıdır", -deyə Sergey Markedonov deyib.

NƏRGİZ