"Zəngəzur dəhlizi ilə bağlı danışıqlara fasilə vermək lazımdır"

 17:27 25.10.2023     483

"Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmayana qədər Zəngəzur dəhlizi ilə bağlı danışıqlara və bu mövzunun müxtəlif səviyyələrdə müzakirəsinə fasilə vermək lazımdır. Alınmır".

Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

"Dəhlizin İrandan keçməsi üzərində çalışmaları sürətləndirməyə ehtiyac var. Azərbaycanla İran arasındakı münasibətlərdə bəlli suallara rəğmən, dəhlizin varlığı hər iki ölkənin xeyrinədir. Azərbaycan, Türkiyə və İran qazanacaq, itirən yenə Ermənistan olacaq", - deyə politoloq vurğulayıb.

Turan İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən