Ermənistan Qarabağdan köçən ermənilərə başqa "status" verir - Paşinyan yeni PLANI AÇIQLADI
Ermənistan Qarabağdan köçən ermənilərə “müvəqqəti müdafiə” statusu verəcək.
Redaktor.az news.am-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş Naziri Nikol Paşinyan danışıb.
"Bu qərar hökumətin sabahkı iclasında veriləcək", - deyə Paşinyan bildirib.
Paşinyan bu yolla onlara "qaçqın statusu"nu düzəltmək istəyir.
Onun fikrincə, bu, həm milli, həm də beynəlxalq səviyyədə onların hüquqlarını maksimum dərəcədə artıracaq: “Hər halda bizim vəkillərimiz bu qənaətə gəliblər”, - hökumət başçısı qeyd edib.
NƏRGİZ