Ruslar Qarabağda Azərbaycan toponimlərindən İSTİFADƏ ETDİ

 21:34 25.10.2023     356

Rusiya Müdafiə Nazirliyi sülhməramlıların gündəlik fəaliyyəti ilə bağlı məlumatlarında Azərbaycan toponimlərindən istifadə etməyə başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Nazirliyin saytında məlumat yerləşdirilib.

Nazirlik bildirib ki, Rusiya sülhməramlı kontingenti Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonu ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir.

"2023-cü il sentyabrın 19-dan etibarən Rusiya sülhməramlılarının Ağdərə, Xocavənd, Xocalı və Şuşa rayonlarında səkkiz müşahidə məntəqəsi və 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.

Sentyabrın 24-də Xankəndi şəhəri və ətraf ərazilərdə elektrik enerjisinin verilişi bərpa edilib", - məlumatda deyilir.