“Bakı və İrəvana sülh sazişi bağlamaq üçün səylər davam edir” Peskov

“Bakı və İrəvana sülh sazişi bağlamağa kömək etmək cəhdləri davam edir, bu, regionda vəziyyəti sabitləşdirmək üçün lazımdır”.
Redaktor.az-ın məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
D.Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatını şərh edib: “Biz hələ onun nədən danışdığını dəqiq başa düşməliyik, erməni dostlarımızdan məlumat gözləyirik”.