Türkiyə və Azərbaycan ortaq sərhəd təhlükəsizliyi məsələsini müzakirə edib

 14:25 26.10.2023     192

Türkiyənin Iğdır şəhərində Türkiyə və Azərbaycan sərhədində görüləcək təhlükəsizlik tədbirləri ilə bağlı görüş keçirilib.

Redaktor.az xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Bildirilib ki, Iğdır valiliyində keçirilən görüşdə Türkiyə heyətinə vali Ercan Turan, Naxçıvan Muxtar Respublikasından getmiş heyətə isə polkovnik Bəhmən Babayev rəhbərlik edib.

İclasda ortaq sərhəd təhlükəsizliyi məsələsi müzakirə olunub.

Toplantının sonunda B.Babayev E.Turana Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fotolarının olduğu tablo hədiyyə edib.