"Kiyev Qafqazda hərbi münaqişələri alovlandırmaq istəyir" - Zaxarova

 16:55 26.10.2023     280

Kiyev rejimi Qafqazda və Dnestryanıda hərbi münaqişələri alovlandırmaq istəyir.

Redaktor.az "Komsomolskaya pravda"ya istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

Ukrayna Milli Təhlükəsizlik Xidmətinin katibi Aleksey Danilovun Gürcüstan və Moldova hökumətlərinə son anti-Rusiya çağırışlarını şərh edən Zaxarova deyib ki, Kiyev rejimi Qafqaz və Dnestryanı bölgədə hərbi münaqişələri qızışdırır.

"Onların arxasında kim dayanır? Təbii ki, Amerika Birləşmiş Ştatları. Niyə? Çünki onların nöqteyi-nəzərindən dünya "yanmalıdır". Biz onların Yaxın Şərqdə "atəşkəs" sözünə necə dözmədiklərini və vəziyyəti sakitləşdirmək kontekstində görürük” – deyə diplomat amerikalıların BMT Təhlükəsizlik Şurasında müvafiq qətnaməni bloklamaq qərarını izah edib.

"Dünya yanmalıdır, çünki Birləşmiş Ştatlar bunu istəyir", - Zaxarova yekunlaşdırıb.

Turan İSMAYIL