Sahibə Qafarova Atatürkün məzarını ziyarət etdi - FOTO

 17:44 26.10.2023     280

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Ankarada Anıtqəbirə gəlib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Redaktor.az-a verilən məlumata görə, spiker və nümayəndə heyətinin üzvləri burada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını ziyarət edərək, xatirəsini ehtiramla yad edib. Sahibə Qafarova məzarın önünə əklil qoyub.

Sonra Milli Məclisin sədri Xatirə kitabına ürək sözlərini yazıb.

Redaktor.az

 

222222