Azərbaycanla üçtərəfli əməkdaşlıq vacibdir - Ərdoğan

 21:13 26.10.2023     273

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovla əməkdaşlıq haqqında sənədlər imzalayıb.

Redaktor.az xəbər verir ki, Ərdoğan imzalanma mərasimindən sonra açıqlamalar verib.

O qeyd edib ki, Türkmənistan qazının dünya bazarlarına çıxarılması üçün Azərbaycanla üçtərəfli əməkdaşlıq vacibdir.

“Türkmənistan enerji ehtiyatlarına görə regionumuzun və dünyanın qabaqcıl ölkələri sırasındadır. Türkmənistan təbii qazının Türkiyə üzərindən dünya bazarlarına tədarükü strateji dəyər qazanıb və burada Azərbaycanla əməkdaşlıq vacibdir”, - Ərdoğan bildirib.