Paşinyan baş ağrısından qurtulmağa çalışır -  “Hraparak”

 11:47 27.10.2023     315

Paşinyan baş ağrısından qurtulmağa çalışır. 

Redaktor.az xəbər verir ki, bu barədə “Hraparak” yazır.

Hökumətin dünənki iclasında Qarabağdan gələn ermənilərə "qaçqın" statusu verilib. Ermənistan hakimiyyətinin bu addımı ermənilər arasında birmənalı qarşılanmayıb.

“Hraparak” qəzeti yazır: “Bəzi Qarabağ erməniləri belə bir qərarı səbirsizliklə gözləyirdilər, çünki onların Ermənistan hakimiyyəti ilə heç bir ümidləri yoxdur və bu status onlara istənilən ölkədən siyasi sığınacaq üçün müraciət etmək imkanı verəcək.

Digərləri ümidsizliyə qapılıblar. Onlar hesab edirlər ki, Nikol Paşinyan yaxın gələcəkdə köçkünlərin Qarabağa qayıtması məsələləri ilə məşğul olmaq niyyətində deyil. Əvəzində o, baş ağrısından qurtulmağa çalışır.  Məcbur başqa ölkələrə gedən ermənilərdən “azad olacağına” ümid edir.

NƏRGİZ