"Onlar siyasətdə oyun oynayırlar" - Vahid Əhmədov

 12:31 27.10.2023     349

Bildiyimiz kimi, ötən gün Tbilisi Beynəlxalq İpək Yolu Forumu çərçivəsində Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan Ermənistanın Azərbaycandan qaz almağa hazır olduğunu bildirib.

“Münaqişəyə görə Azərbaycandan Ermənistana qaz və elektrik enerjisinin verilməsinin dayandırılması Ermənistanın qaz və elektrik sistemi üçün sarsıdıcı hadisə oldu. O vaxt biz Azərbaycandan qaz alırdıq, sonra isə ölkəmizi qazla təchiz etmək üçün Gürcüstan ərazisindən yeni qaz kəmərinin tikintisinə başladıq. Ümid edirəm ki, regionumuza sülh gələcək və biz o günlərdə olduğu kimi, yenə əməkdaşlıq edib enerji sistemlərimizi şaxələndirə biləcəyik”, - Vardanyan öz fikrini bölüşüb.

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədov dedi ki, ötən gün Tbilisi Beynəlxalq İpək Yolu Forumunda Əli Əsədov Paşinyanın çıxışında da haqlı mövqeyini bildirdi:

"Baş nazir dedi ki, Azərbaycan sülh müqaviləsinin imzalanmasına da hazırdır, o cümlədən logistik mərkəzinin, yəni yolların açılmasına da hazırdır. Amma əsas qarşı tərəfin mövqeyi narahatçılıq doğurur ki, qarşı tərəf hər gün bir mövqe bildirir. Azərbaycanın qaz verməsi və s. hamısı sülh müqaviləsinin imzalanmasından asılıdır. Ümumiyyətlə, Ermənistanın apardığı siyasət, xüsusilə sülh müqaviləsinin imzalanması siyasətini uzatması heç də yaxşı şeylərdən xəbər vermir. Azərbaycanın dövlət başçısı bu məsələdə israrlıdır və qətiyyətlə deyir ki, həm Zəngəzur dəhlizi, həm sülh müqaviləsinin imzalanmasını tezləşdirmək lazımdır.

Gözləyirik ki, bu ilin sonunda bu məsələlər öz həllini tapacaq. Zəngəzur dəhlizi ilə əlaqədar onlar, yanlış mövqe tuturlar. İndi Azərbaycan İran vasitəsilə bu dəhlizi həyata keçirir. Amma dünən yenə Paşinyan qeyd edir ki, yox, biz Zəngəzur dəhlizinə razıyıq ki, bu yol açılsın və s. Siyasətdə oyun oynayırlar. Bizim dövlət başçımız İlham Əliyev müstəqil siyasət aparır. Amma onlar müstəqil deyil, bəzi dövlətlərlərdən asılıdır və dövlət başçısı ona görə sözünü axıra kimi deyib qutara bilmir. Azərbaycanın Erməistana qaz verməsi yalnız sülh müqaviləsi imzalanandan sonr, münasibətlərdən asılı olacaq".

Humay İSGƏNDƏRLİ