Azərbaycan səfiri Qazaxıstanın iqtisadiyyat naziri ilə görüşdü
Azərbaycanın Astanadakı səfiri Ağalar Atamoğlanov Qazaxıstanın milli iqtisadiyyat naziri Alibek Kuantırovla görüşüb.
Redaktor.az xəbər verir ki, bu barədə səfirliyin mətbuat xidməti məlumat yayıb.
“Səfir Ağalar Atamoğlanov Qazaxıstanın milli iqtisadiyyat naziri A.Kuantırovla görüş keçirmişdir. Azərbaycanla Qazaxıstan arasında əməkdaşlığın iqtisadiyyatın müxtəlif sahələrində müsbət dinamikası vurğulanıb, ölkələrimiz arasında iqtisadi münasibətlərin bundan sonra da möhkəmləndiriləcəyinə əminlik ifadə edilib”, – mətbuat xidməti diqqətə çatdırıb.
Xatırladaq ki, oktyabrın 27-də Qazaxıstanın Milli İqtisadiyyat Nazirliyinin mətbuat xidməti tərəflərin iki ölkə arasında ticari-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etdiyini bildirmişdi.