“Azərbaycanla nizamlanmanın 3 əsas prinsipi razılaşdırılıb” - Nikol Paşinyan

 10:39 30.10.2023     309

“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması reallığa çevrilə bilər”.

Redaktor.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 30-da parlamentin iclasında deyib.

O bildirib ki, Azərbaycanla razılaşdırılmış 3 əsas sülh və nizamlanma prinsipi var: “Əgər bu prinsiplərə əməl olunsa, sülh müqaviləsinin imzalanması reallığa çevriləcək”.