"Qəzzanın kütləvi şəkildə bombalanması ümumi gərginliyi artıracaq" - Politoloq

 13:13 30.10.2023     349

"Dağıstandakı olaylar Rusiyada antisemit dalğanın güclənə biləcəyinin xəbərçisidir".

Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Rusiya və SSRİ tarixində yəhudilərə qarşı təşkil edilən hücumlar və yəhudilərin sıxışdırılması hər zaman olub.

"Elə İsraildə yaşayanların əksəriyyəti vaxtilə Rusiya imperiyasının ərazisini tərk edənlərin nəslindən olanlardır. Bəzi ölkələrdə anti-İsrail əhval ruhiyyəsi antisemit çağırışlara yol açıb. Fransanın özündə belə sinaqoqların divarlarına antisemit şüarlar yazılır. Azərbaycan tolerant ölkədir, məmləkətimizin tarixində və bugünündə heç zaman antisemitizm olmayıb, ancaq ətrafımızda baş verənlərdən çıxış edərək radikal çağırışların təhlükəsini də hesablamalıyıq. İsraili idarə edənlər anlamılıdırlar ki, HƏMAS-ın terror hücumuna qarşı Qəzzanın kütləvi şəkildə bombalanması və mülki insanların qətli ilə “cavab” verilməsi ümumi gərginliyi artıracaq", - deyə E.Şahinoğlu vurğulayıb.

T.İSMAYIL