"Regionun adı niyə "Böyük Qafqaz" olmasın?" - Tural Əliyev

 12:36 31.10.2023     275

Regionun adı niyə "Böyük Qafqaz" olmasın? Geopolitika elmində bəzi hallarda Qara dəniz və Xəzər dənizi arasında yerləşən coğrafi ərazini məhz bu cür adlandırırlar.

Redaktor.az xəbər verir ki, bu barədə siyasi şərhçi Tural Əliyev öz "Facebook" sosial şəbəkəsində yazıb.

"Cənubi Qafqaz Rusiya tərəfdən görünür, biz isə öz bucağımızdan baxaq. Təkcə Rusiya deyil, digər qlobal güclər tərəfindən də bölgə uğrunda mübarizədə termin kimi işlədilir.

Azərbaycan və Gürcüstan hazırda bu modelin üzərində işləyirlər, ümumi "Qafqaz evi" adı altında bəzi təhlükələri minimuma endirmək və strateji layihələri birgə həyata keçirmək üçün konstruktiv təklifdir".

NƏRGİZ