"Azərbaycan təcavüzkarın yanında yer alan Kanada üzərində də qələbə qazanıb" - Deputat

 13:20 31.10.2023     258

"Kanadanın xarici işlər naziri Melani Colinin İrəvanda əleyhimizə ifadələr işlətməyə heç bir haqqı yoxdur".

Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Musa Qasımlı bildirib.

Millət vəkilinin sözlərinə görə, Melani Coli danışmazdan əvvəl  güzgüdə özünə baxmalı idi:

"Burada Kvebeki görəcəkdi. Əleyhimizə dediyi sözlər bir daha göstərir ki, Azərbaycan təkcə Ermənistan və dünya etməniliyi deyil, təcavüzkarın yanında yer alan Kanada üzərində də qələbə qazanıb".

Humay İSGƏNDƏRLİ