Almaniya XİN başçısı Azərbaycan və Ermənistana səfərə hazırlaşır

 17:14 01.11.2023     254

Almaniyanın xarici işlər naziri Annalena Barbok noyabrn 3-də Ermənistana səfər edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, o, ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşəcək.

Tərəflərin Cənubi Qafqazdakı durumu da müzakirə edəcəkləri gözlənilir.

O, bir gün sonra, noyabrın 4-də Azərbaycana gələcək.

Səfər çərçivəsində Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması müzakirə olunacaq.