"Qəzzada Azərbaycan vətəndaşlarının olub-olmaması barədə məlumat yoxdur" - XİN

 11:14 02.11.2023     262

“Qəzzada Azərbaycan vətəndaşının olub-olmamasına dair məlumatımız yoxdur”.

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib.

O bildirib ki, oktyabrın 7-də HƏMAS-la İsrail arasında müharibə başlayandan bəri İsraildə 8 Azərbaycan vətəndaşı həlak olub: “Səfirliyimizin fəaliyyəti isə davam etdirilir. Hansısa ciddi məhdudiyyət yoxdur”.