Himalay Məmişov bu beynəlxalq təşkilatın sədri seçildi

 12:08 02.11.2023     296

Rusiyanın paytaxtı Moskvada Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının (BPSFA) ümumi iclası keçirilib.

Redaktor.az xəbər verir ki, toplantıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov BPSFA-ya üzv qurumların rəhbərlərinin yekdil qərarı ilə beşillik müddətə assosiasiyanın sədri seçilib.

DSMF təşkilatın fəaliyyətinə dair qərarların qəbul edilməsi, büdcə strategiyasının və prioritet hədəflərin müəyyənləşdirilməsi, əldə edilən nailiyyətlərin qiymətləndirilməsi, maliyyə dayanıqlılığı kimi məsələlərin tənzimlənməsində iştirak edəcək.

İclasda növbəti dövr üçün Assosiasiyanın əsas fəaliyyət istiqamətlərinin müəyyən edilməsi və qarşıda duran hədəflər müzakirə olunub. Bundan başqa, BPSFA-nın direktorunun və Təftiş Komissiyası üzvlərinin seçilməsi məsələsinə toxunulub. Yekunda Assosiasiyanın maliyyə hesabatları dinlənilib.