Bu gün Azərbaycan vətəndaşları da Qəzzadan çıxarılacaqlar

 13:24 02.11.2023     416

Qəzza zolağının Sərhəd Mühafizəsi noyabrın 2-də Misirlə sərhəddəki “Rəfah” keçid məntəqəsi vasitəsilə anklavı tərk edə biləcək təxminən 600 nəfərin adı olan siyahı dərc edib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, faylda 596 əcnəbinin və ikili vətəndaşların, o cümlədən 400 ABŞ vətəndaşının adları və pasport məlumatları var.

Qeyd edək ki, siyahıya Azərbaycan, Belçika, Bəhreyn, Niderland, Macarıstan, İsveçrə və Cənubi Koreya vətəndaşları da daxildirlər.

 

Vumart və Güvən reklamı Vumart Güvən