Moskva Rusiya, Ermənistan və Azərbaycan XİN başçılarının görüşünü təşkil etməyə hazırdır

 14:43 02.11.2023     313

Moskva yaxın vaxtlarda Rusiya, Ermənistan və Azərbaycan XİN başçılarının üçtərəfli görüşünü təşkil etməyə hazırdır.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O qeyd edib ki, Rusiya tərəfi İrəvanla Bakı arasında gərginliyi aradan qaldıra biləcək istənilən təmasları alqışlayır.

Zaxarova onu da qeyd edib ki, lakin münasibətlərin normallaşmasının “yol xəritəsi” kimi Rusiya, Azərbaycan və Ermənistan liderlərinin razılaşmalarıdır.