“Türkiyə ilə sərhədin açılması ilə bağlı tezliklə yaxşı xəbər olacaq” - Mirzoyan
“Ermənistan-Türkiyə sərhədinin başqa ölkələrin vətəndaşları üçün açılması ilə bağlı tezliklə yaxşı xəbər olacaq”.
Redaktor.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə bildirib.
Onun sözlərinə görə, Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi Ermənistan üçün çox vacibdir.