"Sülh sazişi üzrə təkliflər mübadiləsinin altıncı raundu gedir" - Ararat Mirzoyan

 11:21 03.11.2023     251

İrəvan və Bakı arasında sülh sazişi ilə bağlı təkliflər mübadiləsinin altıncı raundu gedir, Ermənistan hələ də sülh müqaviləsinin həyata keçirilməsinə yönəlib.

Redaktor.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan büdcə müzakirələri zamanı bildirib.

O qeyd edib ki, sülh müqaviləsinin prinsipləri dəyişməzdir: tərəflərin ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası, regional kommunikasiyaların açılması.