Almaniyanın XİN rəhbəri İrəvanda səfərdədir

 16:29 03.11.2023     276

Almaniyanın xarici işlər naziri Annalena Berbok İrəvanda rəsmi səfərdədir.

Redaktor.az erməni mediasına istinadən xəbər verir ki, Berboku hava limanında Ermənistanın xarici işlər nazirinin müavini Paruyr Ovannisyan qarşılayıb.

Almaniya xarici işlər naziri Annalena Berbok və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan görüşüb. Onun Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcəyi bildirilir.

Qeyd edək ki, 4 noyabr 2023-cü il tarixində Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilk dəfə Bakıya səfər edəcək və burada həmkarı, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar aparacaq.

Məlumata görə, Almaniya regionda davamlı sülhün və Avropa Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə üçtərəfli danışıqların tezliklə bərpa olunmasının tərəfdarıdır.

Qeyd edək ki, Azərbaycanla Almaniya arasında müqavilə-hüquqi bazası kifayət qədər genişdir. Bu sahədə indiyədək 77 sənəd imzalanıb və 7 sənəd layihəsi nəzərdən keçirilməkdədir.