Azərbaycanın NATO-dakı Nümayəndəliyinin başçısı bolqarıstanlı həmkarı ilə görüşdü
Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə Bolqarıstanın bu qurumdakı səfiri, keçmiş xarici işlər naziri Nikolay Milkovla görüşüb.
Redaktor.az xəbər verir ki, bu barədə azərbaycanlı diplomat X hesabında bildirib.
Görüşdə NATO-Azərbaycan tərəfdaşlığı, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə və ikitərəfli əlaqələr müzakirə edilib.