"Kreml Azərbaycan-Ermənistan dialoqunu nəzarətdə saxlamaq istəyir"

 15:33 04.11.2023     341

"Kreml Azərbaycan-Ermənistan dialoqunu nəzarətdə saxlamaq istəyir".

Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

"Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin “Moskva Bakı və İrəvan arasında münasibətlərin nizamlanması üçün hər iki tərəflə əlaqədədir və hazırda sülh sazişi hazırlanır” ifadəsi işlədib. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün ardıcıl səylər göstərilib. Patruşev “səylər göstərilib” dedikdə Rusiyanın səylərini nəzərdə tutub. Birincisi, sülh sazişi necə hazırlanır ki, prosesdə irəliləyiş yoxdur. İkincisi, Azərbaycan və Ermənistan vasitəçi olmadan bir-birlərinə təkliflərini göndərirlər və bu prosesin də sonu görünmür, - deyə o, qeyd edib.

Turan İSMAYIL