Ceyhun Bayramov Rumıniya XİN-başçısı ilə GÖRÜŞDÜ

 13:23 06.11.2023     315

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rumıniya xarici işlər naziri Luminita Odobescu arasında təkbətək görüş keçirilir.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sosial media hesabında qeyd edilib.

Qeyd edək ki, 5 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rumıniyaya rəsmi səfərə yola düşüb. Səfər çərçivəsində nazir Ceyhun Bayramovun rəsmi şəxslərlə yüksək səviyyəli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Vumart və Güvən reklamı Vumart Güvən