"Bir kişinin öhdəliyi, qadını və uşağı qorumaqdır" - Politoloqdan Qəzzada baş verənlərə REAKSİYA

 18:10 06.11.2023     483

"Ümumi yanaşma bundan ibarətdir ki, Qəzzada bufer zonalar olmalıdır və etiraf etmək lazımdır ki, bu zonalar olduğu vaxtda proseslərdə sabitlik və stabillik var idi".

Bu sözləri Redaktor.az-a Qəzzada quru əməliyyatlarının başlanması haqqında danışan politoloq Yeganə Hacıyeva bildirdi.

Onun sözlərinə görə, ümumi ən yeni tarixin İsrail-Fələstin müharibəsinin xronologiyası onu göstərir ki, ən çox sabitlik və sakitlik məhz İsrailin bufer zonalar formalaşdırdığı vaxtda idi:

"Amma məhz iki ildən sonra İsrailin Fələstin ərazilərini işğal edib yanaşmasıyla beynəlxalq ictimaiyyət onu bu ərazilərdən geri çəkilməyə məcbur etdi. İsrailin atdığı addımları heç də doğru saymıram. Mülki insanlarla dolu şəhərlər günün günorta çağı bombalanır. Amma bunun günahının 50 faizi İsrail üzərində, 50 faizi isə qadın və uşağın arxasında gizlənən qorxaq HƏMAS üzərindədir. Bizdə də ideoloji yaxınlıq üzərindən, ağzı köpüklənə-köpüklənə İslam həmrəyliyi üzərindən danışanlar var, amma İslam qadını və uşağı qorumağı şərt edir. Bir kişinin öhdəliyi, qadını və uşağı qorumaqdır. Qadını, uşağı qarşısında bənd kimi istifadə edib terrorizmlə məşğul olmağın İslama aidiyyatı yoxdur".

Humay İSGƏNDƏRLİ