Qazaxda 8 Noyabr – Zəfər Günü münasibətilə flashmob keçirildi

 22:25 07.11.2023     304

Qazaxda 8 Noyabr – Zəfər Günü münasibətilə fləşmob keçirilib.

Redaktor.az xəbər verir ki, Qazax Rayon İcra Hakimiyyəti, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi, Bakı Dövlət Universitetinin Qazax filialı və Qazax Dövlət Sosial-İqtisadi Kollecin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü və Şuşa Şəhəri Günü münasibətilə fləşmob keçirilib.

Qazax şəhərinin mərkəzində yerləşən dahi şəxsiyyət Heydər Əliyev adını daşıyan parkda 8 Noyabr - Zəfər Günü münasibətilə 700 nəfərin iştirakı ilə “Zəfər Günü” sözü yazılıb. Üçrəngli Azərbaycan Bayrağı və qardaş ölkə olan Türkiyənin ay ulduzlu bayrağı fləşmoba xüsusi rəng qatıb.