“Bakı ilə İrəvan arasında normallaşma Qərbin müdaxiləsi olmadan mümkündür” - Patruşev

 10:56 08.11.2023     255

“Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması o zaman mümkündür ki, regiondankənar qüvvələr bu məsələyə müdaxiləni dayandırsın”.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Moskvada MDB Təhlükəsizlik Şurası katiblərinin iclasında bildirib.

“Biz həmçinin Cənubi Qafqaz regionunda vəziyyətin sabitləşdirilməsində, onun inkişafı üçün şəraitin yaradılmasında, qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsində maraqlıyıq”, - o bildirib.