Türkiyə MN Zəfər Gününü Azərbaycan himni ilə təbrik etdi

 11:38 08.11.2023     231

Türkiyənin Milli Müdafiə Nazirliyi 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan dövləti və xalqını təbrik edib.

Redaktor.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım olunub.

"Azərbaycan türkü qardaşlarımızı təbrik edir, salamlayırıq", - təbrikdə bildirilib.

Nazirliyin təbrik mətnində həmçinin Azərbaycan Dövlət himnindən bir hissəyə də yer verilib:

"Sən olasan Gülüstan, Sənə hər an can qurban,

Sənə min bir məhəbbət, sinəmdə tutmuş məkan.

Üç rəngrli bayrağınla məsud yaşa, Azərbaycan".