Türkiyə XİN Zəfər Günü münasibətilə Azərbaycanı təbrik etdi

 16:18 08.11.2023     241

"Qarabağın azadlığının üçüncü ildönümündə can azərbaycanlı qardaşlarımızın Zəfər Gününü coşqu ilə qeyd edirik".

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin "X" hesabında yazılıb.

Nazirlik 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan dövlətini və xalqını təbrik edib: "Bu uğur yolunda şəhid olan qəhrəmanlarımızı və qazilərimizi minnətdarlıqla xatırlayırıq".